Elman Rüstəmovun qızına məxsus şirkətin 14 milyon pulu var

Mərkəzi Bankın keçmiş sədri (hazırda baş nazirin müşaviri) Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus GYUNEL LIMITED-in bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir.

Azpost.info bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli açıqlama verib.

Qeyd edək ki, Mərkəzi Bank sədrinin 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova  London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda  modelyer kimi fəaliyyət göstərir. Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə ilə evlidilər.

Hazırda Londonda yaşayan cütlük 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında “Gyunel Limited” adlı şirkət açıblar. Cümə Əhmədzadə eyni zamanda Çexiya və Türkiyədə şirkət sahibdir.

Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub.  2007-ci ilin aprelindən adı çəkilən şirkətin direktoru vəzifəsni Cuma Əhmədzadə həyata keçirir, Günel Rüstəmova isə hazırda ərinin rəhbərlik etdiyi “Gyunel Limited” şirkətinin katibidir.

G.Rüstəmova hazırda Avropada tanınmış modelyerlərdən biridir. 10 ildən çoxdur Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli dəb şouları keçirlib.

G.Rüstəmova Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir.

Günel Rüstəmova modelyer olmaqla yanaşı, həm də rəssam kimi fəaliyyət göstərir.

Əvvəlki məqalə

İsveç bankı Rusiya və Belarusa pul köçürmələrini dayandırır

Sonrakı məqalə

Rusiyada saxlanılan ukraynalı əsirlərin sayı açıqlanıb