Elmira Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Elmira Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Növbəti xəbər yüklənir...