Azərbaycanın Energetika nazirinə yeni müavin təyin olunub.

Bu barədə “APA-Economics”ə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.