Ermənistan Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub - MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...