“Ermənistan xaricilərin bu viranəliyi və azərbaycanlılara qarşı olan nifrəti görmələrini istəmirdi” –

PREZİDENT
13 Aprel 2021 - 10:59

“Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki mülki kəndləri müharibə zamanı dağıtmaq mümkün deyil. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, bu əraziləri bizim yaddaşlardan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident deyib ki, indi, biz həmin ərazilərə qayıdırıq, Ermənistan qoşunlarının işğalının fəsadlarını, bizim tarixi torpaqlara, dini abidələrə qarşı etdiklərini gözlərimizlə görürük.(APA)