Ermənistanın xarici ticarət dövriyyəsinin artmasına səbəb nədir?

“Ermənistan bir sıra Rusiya məhsullarını ixrac edərək sanksiyalardan yayınmağa və daha çox gəlir əldə etməyə nail olub. Təəssüf ki, bir sıra aparıcı ölkələr bu reallığı da görmək istəmirlər”.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşımında bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 68.8 faiz artaraq 14.1 milyard dollara çatıb. İxrac isə 77.7 faiz artaraq 5.3 milyard dollar olub: “Bu Ermənistanın son illər tarixində rekord artımdır və səbəb də təbii ki, Rusiya-Ukrayna müharibəsidir. Ermənistan bir sıra Rusiya məhsullarını ixrac edərək sanksiyalardan yayınmağa və daha çox gəlir əldə etməyə nail olub. Aylar üzrə müqayisə göstərir ki, artımın əhəmiyyətli hissəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı dövrə təsadüf edib. Bu isə artım səbəblərinin re-eksport ilə bağlı olduğunu bir daha təsdiq edir”.
“Luys Fondunun hesablamalarına görə, Ermənistan ixracatının ən azı 24.8 faizi (1.3 milyard dollar) re-eksportdur və bunsuz həmin ölkənin ixracatı indikindən 2 dəfə az artardı. Mənzərə aydındır: re-eksport və sanksiyalardan yayınmaq. Təəssüf ki, bir sıra aparıcı ölkələr bu reallığı da görmək istəmirlər”-deyə deputat bildirib.
Əvvəlki məqalə

Ermənistan sərhəddə süni gərginlik yaratmaq məqsədi güdür –

Sonrakı məqalə

Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək