Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb.

Ermənistan Müdafiə Nazirliyi xəbər verir ki, ehtiyatda olan əsgər Atom Arutunyan (1978) 3 aylıq hərbi toplantı zamanı qəfil ölüb.

O, avqustun 3-dən 4-nə keçən gecə hələlik müəyyən olunmamış səbəbdən həyatını itirib.

Arutunyanın ölüm səbəbini aydınlaşdırmaq üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək(apa).

Əvvəlki məqalə

Güclü yağış Daşkəsəndə fəsadlar törədib

Sonrakı məqalə

AZAL vətəndaşlara xəbərdarlıq edib