“Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olur” –CEYHUN BAYRAMOV

Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi apardıq. Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər”, – nazir qeyd edib.

Əvvəlki məqalə

“Dünyanın ən böyük ölkəsi “Tik-Tok”dan qorxur”

Sonrakı məqalə

“Azərbaycan görüşə hazırdır, Ermənistan razılıq verməyib” –