“Ermənistan öhdəliklərini tez bir zamanda yerinə yetirməlidir” –ƏRDOĞAN

Azərbaycanlı qardaşlarımızdan birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O, iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla da danışdığını qeyd edib.

“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyannamədən iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, – deyə o bildirib.

Əvvəlki məqalə

Tayvan Müdafiə Nazirliyinin rəsmisi oteldə ölü tapıldı

Sonrakı məqalə

Britaniyadakı azərbaycanlılar parlamentə və daxili işlər nazirinə müraciət etdi