“Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir”- Yaşar GÜLER

“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün əməkdaşlıq üçün çox faydalı olacağını düşünürəm. Ölkələrimiz regionda sülh və inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

Bunu Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.

O bildirib ki, “3+3” formatındakı görüşlərin Cənubi Qafqazda problemlərin həllində, qalıcı sülhün əldə olunmasında mühüm əhəmiyyəti var:

“Amma Ermənistan sülh üçün yaranan şəriaiti lazımınca dəyərləndirmir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.