Futbol üzrə Türkiyə kuboku yarışlarında dörddəbir final mərhələsinə yekun vurulub.
Dünən daha bir görüş keçirilib.
“Fənərbağça” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçisi qalib gələrək yarımfinala yüksəlib – 4:1.
“Fənərbağça”nın heyətində Emre Mor dubl edib, digər qolları Serdar Dursun və Arda Güler vurublar. “Kayserispor”un heyətində isə Dimitris Kolovetsios fərqlənib.
Daha əvvəl “Ankaragücü” və “Başakşəhər” də yarımfinala vəsiqə qazanmışdılar. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.
Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbağça” isə “Sivasspor”la qarşılaşacaq.
Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.