FHN Lənkəranda baş verən zəlzələ ilə bağlı məlumat yaydı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, mayın 11-də yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Əvvəlki məqalə

Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb

Sonrakı məqalə

Zəlzələ bu rayonlarda da hiss olunub