“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Bildirilir ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 19 faizinədək azalacağı proqnozlaşdırılsa da, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır.

Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə ikirəqəmli profisit gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 68 milyard ABŞ dollarına çatacaq. Bunun 82 faizi ARDNF-in payına düşəcək. “Biz Azərbaycanın xalis suveren aktivlərinin 14 faiz artaraq 2023-cü ildə ÜDM-in 63 faizinə, 2025-ci ilə qədər isə 72 faizə çatacağını proqnozlaşdırırıq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”, – deyə vurğulanır.

Əvvəlki məqalə

“İrəvan öhdəliklərindən imtina edərsə, Bakı gözləmək fikrində deyil” –

Sonrakı məqalə

Latviyanın Baş naziri bu qadın oldu