Almaniyanın “Herta” klubu futbolçu Salomon Kalunu məşqlərdən uzaqlaşdırıb. Trend-in məlumatına görə, buna hücumçunun komanda yoldaşları ilə əl sıxması səbəb olub. "Kot-d’ivuarlı futbolçu bəzi oyunçulara əl uzadıb görüşdüyünü əks etdirən videonu sosial şəbəkədə yerləşdirib.
Klub rəhbərliyi sosial məsafə qaydalarını pozduğu üçün S.Kalunu cəzalandırıb. Bununla bağlı futbolçu üzr istəyib.