G7 ölkələri Ukrayna qarşısında yeni öhdəlik götürdü- “Bloomberg”

G7 ölkələri Rusiyanın yeni bölgələrində keçirilən seçkilərin nəticələrinə indi və ya gələcəkdə heç vaxt tanımayacaqlarını öhdələrinə götürüblər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, üzv dövlətlərin liderləri bu həftə qərarı açıqlamaq niyyətindədirlər.

“G7 ölkələri Rusiyanı qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxarmağa çağıracaq və Rusiyanın indi keçirdiyi və ya gələcəkdə keçirəcəyi seçkiləri heç vaxt tanımayacağına söz verəcək”, – məlumatda deyilir.

G7 ölkələri Ukraynanı dəstəklərinin dayanmayacağına inandıracaq, həmçinin hərbi yardımı artırmağa söz verəcəklər. Bundan başqa, G7 ölkələri təsdiq edəcəklər ki, Moskva Ukraynaya dəymiş ziyanı kompensasiya etməyə razılaşana qədər Rusiya Bankının aktivləri dondurulmuş vəziyyətdə qalacaq.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Toivo Klaar ilə görüşüb

Sonrakı məqalə

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib