General Hikmət Mirzəyevin 1993-cü ildə orduda çəkilmiş görüntüləri yayıldı –

FOTO
02 İyun 2021 - 16:01

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları yayılıb.

Sosial şəbəkədə yayılan fotolar maraqlı müzakirələrə səbəb olub.

Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub.