Göyçay rayonunda sel məişət tullantılarını çaya axıdıb.
Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə görntülər yayılıb.
Göyçay rayon icra hakimiyyətindən Azpost.info-ya verilən məlumata görə, 13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağışlar nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisində yerləşən məişət tullantıları poliqonunu sel suları basıb. Nəticədə poliqonda toplanmış məişət tullantıları paylaşımda göstərilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür.