Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü azadlıqdan məhrum edilib –FOTO

Moskvanın Basmannı məhkəməsi azərbaycanlı Cabbar Yusifini 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Azpost.info bildirir ki, bu barədə TASS məlumat yayıb.
Yunan-Roma güləşi üzrə milli komandamızın keçmiş üzvü olmuş C.Yusifli silah satışına görə həbs edilib.
“Məhkəmə Yusifi D.A.O.-nu 222-ci maddənin 2-ci hissəsi (qanunsuz olaraq odlu silahı, onların əsas hissələrini, döyüş sursatlarını satma) ilə təqsirli bilib və 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib”, deyə məhkəmənin qərarında deyilir.

 

 

 

Cabbar Yusifi 2023-cü ilin martında yol polisi tərəfindən saxlanılıb. O, Moskva Dairəvi Yolunda yol polisinin saxlama tələbinə məhəl qoymayıb. Polis təqibi başlayıb və sürücü maşını tərk edərək qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq üçün atəş açmağa məcbur olublar.
Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Azərbaycan əsilli Cabbar Yusifidir. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarışa verib. Həbs zamanı həmin şəxsin üzərindən tapança aşkar edilib.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.