Gürcüstanda qumar oyunları ilə bağlı qadağalar sərtləşdirilib

Gürcüstanda qumar oyunları ilə bağlı qadağalar iyulun 1-dən sərtləşdirilib. Bu gündən etibarən yaşı 25-ə qədər olan Gürcüstan vətəndaşları və 18 yaşına qədər olan xarici ölkə vətəndaşları, o cümlədən kazinolarda artıq icazə verilməyən qumar oyunlarında iştirakı qadağan edilən şəxslər qumar oynaya bilməyəcəklər.

Bu cür şəxslərin onlayn qumar oynamasına görə 10 min lari cərimə nəzərdə tutulub. Təkrar pozuntu qeydə alındıqda isə cərimənin məbləği 20 min lari olacaq.

Bundan əlavə, iyulun 1-dən internet-kafelər də onlayn qumar oyunlarının təşkili və keçirilməsinə görə cərimələnəcək. Belə bir hərəkətə görə cərimə 15 min lari, təkrar pozuntu isə 30 min lari olacaq.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Gürcüstanın ozamankı Baş naziri İraklii Qaribaşvili ölkədə onlayn kazinoların qadağan edilməsinin vacibliyini elan etmiş və bunun mərhələli şəkildə baş verəcəyini bildirmişdi.

Birinci mərhələdə hakimiyyət qumar şirkətləri üçün vergiləri 65-70 faiz artırıb, onlayn qumar oyunları üçün 25 yaşa qədər məhdudiyyət tətbiq edib, həmçinin qumar oyunları qadağan ediləcək şəxslərin məlumat bazasını tərtib edib.

Ölkədə 2005-ci ildə “Lotereyalar və qumar və uduşlu oyunların təşkili haqqında” qanun qəbul olunub. Kazinoların, totalizatorların, slot klublarının və digər əyləncə oyunlarının işi bu qanunla tənzimlənir(azərtac).

 

Əvvəlki məqalə

MMA idmançılarının məhkəməsi yekunlaşdı

Sonrakı məqalə

Ermənistan və Türkiyə nümayəndələri sərhəddə görüşəcək