Gürcüstanda son sutkada 1 731 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 731 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 33 858 nəfərə, ölənlərin sayı 253 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 507 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 14 829 nəfərin sağaldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb –

Sonrakı məqalə

Ermənistanda son sutkada COVID-19-a 2 241 yoluxma qeydə alınıb-