“Gürcüstanın ərazi bütövlüyünü mütləq bərpa edəcəyik”- Baş nazir Qaribaşvili

“Gürcüstanın ərazi bütövlüyünü mütləq bərpa edəcəyik”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Söhbət, 14 il əvvəl Rusiya tərəfindən müstəqil respublika kimi tanınan Cənubi Osetiya və Abxaziyanın ölkəyə qaytarılmasından gedir.

“Biz ərazi bütövlüyünü bərpa edəcəyik və sülhsevər, ağlabatan siyasət seçəcəyik. İnanırıq ki, Gürcüstanı birləşdirmək məqsədinə mütləq nail olacağıq”, – Qaribaşvili qeyd edib.

Baş nazir müvafiq bəyanatı Rusiya-Gürcüstan münaqişəsinin başlanmasının 14-cü ildönümü fonunda verib. 2008-ci ilin avqustunda cəmi 5 gün davam edən döyüşlərin nəticəsində Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər pozuldu, eləcə də Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.

Azpost.info

Əvvəlki məqalə

Bakı-Gəncə-Bakı sürət qatarına elektron biletlər satılacaq

Sonrakı məqalə

Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr məlum oldu