30 mart 2022-ci il tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatlarından istifadə etməklə mənzil seçimi prosesinə müdaxilə halları müşahidə edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Günel Hüseynova bildirib ki, faktla bağlı DTX-də başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib.