“Haradandır “İsgəndər-M” raketləri Ermənistan Ordusunda? Hələ ki, cavab ala bilməmişik, amma alacağıq”

“Şuşanı ermənilər bu “İsgəndər-M” raketləri ilə atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan Ordusunda? Bu raketlər olmamalı idi”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.

Dövlət başçısı deyib ki, bu, əyani sübutdur: “Artıq bu, əyani sübutdur, Ermənistanın hərbi cinayətinin sübutdur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik, amma alacağıq. Hər kəs gəlsin görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!” –

Sonrakı məqalə

“Çox istərdim ki, şair-yazıçılarımız Şuşanı ziyarət etsinlər” –