Hesablama Palatası film çəkilişinə ayrılan dövlət vəsaitinin auditini aparır

Hesablama Palatası sentyabrın 11-dən dövlət sifarişi ilə çəkilən filmlər və kino tədbirləri ilə bağlı ayrılan dövlət vəsaitinin auditinin aparılmasına başlayıb.

Bu barədə jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“Audit eyni zamanda dövlətə məxsus kinostudiyaların maliyyə-təsərrüfat fəaliyyətini tam əhatə edir. Auditin 30 təqvim günü ərzində aparılması gözlənilir”, – deyə o bildirib.

Əvvəlki məqalə

Bağçalara uşaqların qəbulu ilə bağlı növbəyə yazılma başlayır

Sonrakı məqalə

Finlandiya Rusiya avtomobillərinə ölkəyə girişi qadağan edib