Heydər Əliyev sarayının keçmiş baş rejissoru vəfat edib

Heydər Əliyev sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib. 

Azpost.info bildirir ki, bu barədə Hacı Nuran Hüseynov bildirib.

Onun sözlərinə görə, xəstəxanada müalicə alan 74 yaşlı G.Şəfiyeva dünən komaya düşüb və bu gün səhər dünyasını dəyişib.

Dəfn bu gün saat 12-də olacaq.

Gülçöhrə Şəfiyeva Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor, rejissor Səyavuş Şəfiyevin bacısıdır.

S.Şəfiyev “Əhməd haradadır?” kult-filmində canlandırdığı Əhməd, “Uşaqlığın son gecəsi” filmində Rüstəm obrazını yaradıb.

Allah rəhmət eləsin!

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.