Hindistanın Qoa ştatından Moskvaya uçan "Azur Air" hava yollarına məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib. "Qoadan Moskvaya uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş istəyib. Eniş yerli vaxtla saat 11: 05-də uğurla başa çatıb. Səbəb texniki məsələdir. Əldə etdiyimiz məlumata görə, sərnişinlər üçün başqa bir təyyarə göndəriləcək", - deyə Hava Limanının mətbuat xidməti bildirib. Hazırda sərnişinlərin hava limanının binasında olduğu qeyd olunub.