Məşhur hind müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib

Bu gün səhər Hindistanın məşhur müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib.

Koronavirusa yoluxan müğənni fevralın 1-də yerləşdirildiyi Mumbaidəki klinikada həyatını itirib.

Lata Manqeşkar Bollivudun 1950-1970-ci illəri əhatə edən “qızıl əsri”nin əfsanəvi simvollarından biri sayılır. Onu Hindistanda “Hindistanın bülbülü”, “Musiqinin kriliçası” adlandırıblar.

Lata Manqeşkar filmlər üçün 30 mindən çox mahnı oxuyub.

Müğənninin bir çox məşhur filmlərdə mahnıları səsləndirilib. Bunların sırasında “Avara” (1951), “Cənab 420” (1955), “Bobbi” (1973), “İntiqam və qanun” (1975), “Qanq, sənin suların bulanıqdır” ” (1985) və digərləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərib

Sonrakı məqalə

Elizabet oğlu Çarlzın arvadına kraliça titulu verdi