İƏT ölkələrinin daimi nümayəndələrinin Gəncəyə səfəri başlayıb

06 Aprel 2021 - 18:25

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

Qonaqlar Gəncədə Ermənistanın Vətən müharibəsi zamanı raket atəşi nəticəsində onlarla mülki şəxsin həlak olduğu, böyük dağıntılara məruz qalan Qələbə meydanına baş çəkəcəklər. Həmçinin şəhərdə Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyəti bu gün işğaldan azad edilmiş Ağdam şəhərinə də səfər edərək, erməni vəhşiliyi tanış olublar.