İƏT ölkələrinin daimi nümayəndələrinin Gəncəyə səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

Qonaqlar Gəncədə Ermənistanın Vətən müharibəsi zamanı raket atəşi nəticəsində onlarla mülki şəxsin həlak olduğu, böyük dağıntılara məruz qalan Qələbə meydanına baş çəkəcəklər. Həmçinin şəhərdə Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyəti bu gün işğaldan azad edilmiş Ağdam şəhərinə də səfər edərək, erməni vəhşiliyi tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2035 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki verilməlidirmi?