I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 bal olub- DİM

İyulun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanında ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib.

DİM-dən bildirilib ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

Əvvəlki məqalə

Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Qarabağda erməni terrorçuların sığınacağı belə vuruldu –