İflas etdiyini elan etdi – 2 əsrlik tarixin SONU

Almaniyanın dünyaca məşhur avtomobil markası olan Mercedes nişanının istehsalçısı iflas edib.

Milli.Az Bloomberg-ə istinadən xəbər verir ki, Gerhardi Kunststofftechnik noyabr ayında müflis olduğunu elan edib.

Agentlik qeyd edir ki, 200 ildən çox yaşı olan şirkət “Avropa avtomobil sənayesindəki hazırkı tənəzzülə” tab gətirə bilməyib. Ötən əsrin 20-ci illərində Böyük Depressiyadan və iki dünya müharibəsindən sağ çıxa bilən şirkətin iflası geniş rezonansa səbəb olub.

Bloomberg iflasın təxminən 1500 şirkət işçisinə təsir edəcəyini qeyd edir. /Musavat.com

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.