İki ayda ölkədə 34 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-fevral aylarının yekununa dair məlumatında bildirilib.

Qeyd olunub ki, iki ay ərzində məsuliyyətə cəlb edilənlərin 17-si xarici ölkə vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 96 kq 387,564 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Əvvəlki məqalə

Ukrayna Rusiya FTX-sının Belqoroddakı binasına PUA zərbəsi endirib

Sonrakı məqalə

Prezident İlham Əliyev Roma Papasını təbrik edib