İki dozadan sonra antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması müzakirə olunur –

İşçi qrup
18 İyun 2021 - 14:25

“İki dozadan sonra antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması aktiv müzakirə olunur”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu, ÜST tərəfindən təsdiq almayıb: “Bu ilin sonunda bununla bağlı təsdiq alındıqdan sonra üçüncü doza tətbiq oluna bilər”.