İki yerə parçalanmış Kinematoqrafçılar İttifaqı martda birləşir

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-bildirib ki, konfrans 5 mart tarixində keçiriləcək.

“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, – katib qeyd edib.

Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir: “Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.