“İkinci mərhələdə də bu sahibkarlara dəstək göstəriləcək” –Nazir müavini

“Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, 215 min işçini əhatə edən dəstək icra edilib: “170 minə yaxın fərdi mikrosahibkara da dəstək göstərilib. İkinci mərhələdə də bu sahibkarlara dəstək göstəriləcək. Eyni zamanda avqust ayında ehtiyacı olan sahibkarlara müraciət etməsi üçün müraciət etmişik. Sahibkarlıq subyektlərinin rəsmi əməkhaqqısına uyğun ödənişlər edirik. Orada qeyri-rəsmi işçi olubsa, sistemdə görünmür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İnvestisiya Holdinqinin yaradılması liberallaşma prosesinin başlanması demək olacaq” –

Sonrakı məqalə

BP Azərbaycandakı payını satır? –