İlham Əliyev – xalqın lideri və uğurlu ideyaların müəllifi

Cəmiyyət onun mərkəzində duran lideri ilə təmsil olunur. Liderlərin əksəriyyəti bir sıra xüsusiyyətlərə görə “başqa insanlara bənzəmir” və hətta deyə bilərik ki, fərqli xüsusiyyətlər məhz xalqın gözündə bu insanları lider edir. Cəmiyyət özünə bir idarəedici – lider seçəndə isə effektiv idarəetmənin təmin olunması nöqteyi nəzərindən fərqli insanları tanımalı, onların şəxsi keyfiyyətləri haqda ətraflı biliyə malik olmalıdır.

Şəxsiyyətdən danışanda onun xarizmatik cazibəsi, həyata müsbət yanaşması nəzərdə tutulmur. Şəxsiyyətdən danışanda insanın bütün psixoloji portreti və inkişafını təsvir edən dinamik fəaliyyət yolu nəzərdən keçirilir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf yolunu davam etdirən İlham Əliyev xalqın gözləntilərini doğruldaraq onun dəyər və ideallarını tam əks etdirən və  maksimum status və prestijə malik bir şəxsiyyətdir. İnsanlara yaxın olan və özlərini təsdiq edə bilən liderlər, intizamlı və öhdəliklərini yerinə yetirmək qabiliyyətinə malikdirlərsə, yaradıcı və çevikdirlərsə deməli onların danılmaz üstünlüyü var və bu xüsusiyyətlər yaxşı lider olmağın ümumi xüsusiyyətlərinin açarıdır. Bu da xalqın sevgisinin və liderlik reytinqinin yüksək olmasını izah edir. 44 günlük İkinci Vətən Müharibəsində Vətənin mühafizəsində duran bir əsgər -xalqın oğlu kimi dözümlülük və qətiyyət, strateji düşüncə və çevik davranış təcəssüm etdirməsi onun xalqa və Vətənə sevgisinin nə qədər dərin və misilsiz olduğunu göstərdi.

“Böyük Beşlik çərçivəsi”nin xüsusiyyətləri olan səmimilik, vicdanlılıq, ünsiyyətcillik, enerjililik, mehriban və mərhəmətli olma, eyni zamanda sıradan olmayan qərarların verilməsi üçün soyuqqanlı və təmkinli, başqalarının dərdlərinə həssas yanaşmaqla paralel ciddi və etibarlı insan xüsusiyyətləri İlham Əliyevin əsl lider kimi qəbul edilməsini təmin edir. İlham Əliyev bir lider olmaqla – ətrafa öz güclü xarakteri, uzaqgörənliyi, rasional və milli maraqlara xidmət edən siyasətilə təsir göstərir, insanları inandırır və arxasınca aparır. Bu xarizma özünü tabeçiliyində olanlara münasibətdə nə qədər soyuqqanlı, tələbkar və işgüzar olaraq göstərirsə, sadə insanlar – xüsusilə, şəhid ailələri, qazilər, ehtiyacı olanlarla münasibətdə bir o qədər humanist və istiqanlı rəftarla seçilir. İlham Əliyev məhz bu iki dioqanal qütbü birləşdirməklə vahid lider obrazı yaratmışdır. O, hökümətə büdcə vəsaitlərinin səmərəli istifadəsini tapşırmaqla yanaşı, əhalinin problemli kreditlərini dövlətin hesabına həll edilməsini təmin etmişdir. Yoxsulluğun aradan qaldırılması, məşğulluğun artırıması üçün yeni iş yerlərinin açılması, silsilə şəklində sosial güzəşt və yardım proqramlarının icrası böyük səy və əhaliyə dəstək istəyinin təcəssümü olmuşdur. Burada qənaətlə səxavət, dövlətin fiskal maraqları ilə əhalinin rifahı, ümumi və fərdi maraqlar arasında bir tarazlıq qorunmuş, sosial-iqtisadi ahəng yaradılmışdır.

İlham Əliyev mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, özündə effektivlik və rasionallıq keyfiyyətlərini birləşdirən, təmsil etdiyi xalqın mənafeyi üçün sahib olduğu bütün resurslardan düzgün və effektiv isdifadə edən liderdir. Onun idarəçiliyi dövründə Azərbaycanın yeni neft-qaz yataqlarının istismarı və enerji təhlükəsizliyinin təminatçına çevrilməsi, regionlarımızın sosial-iqtisadi inkişafının ardıcıl və mərhələləri şəkildə həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə “ağıllı” kənd və şəhər layihələrinin icrası, innovativ və biliyə əsaslanan cəmiyyətin formalaşdırılması genişmiqyaslı islahatların yalnız bir hissəsidir.

Liderin düzgün, məhsuldar təfəkkürü onun doğru əməllərini və qərarlarını formalaşdırır ki, bunun ardınca praktik fəaliyyət və konkret nəticələr gəlir. İlham Əliyevin Prezident olaraq əyilməz iradəsi gözlənilən və gözlənilməyən çox sayda çətinlikləri dəf etməyimiz, tarixi sınaqlardan uğurla çıxmağımız üçün əsas həlledici faktordur. Bu şəxsi keyfiyyət əhalinin inam və etibarının qarantı və gələcək inkişafın reallaşmasının təminatçısı kimi çıxış edir. İlham Əliyevin Azərbaycanın 2030-cu il üçün milli inkişaf viziyonunu yaratması, yaratdığı gələcəyə baxışı böyük məharətlə nəinki paylaşması, hətta insanları buna həvəsləndirməsi, beynəlxalq səviyyədə davamlı və intensiv əlaqələr quraraq hədəflərinin bütün cəmiyyət tərəfindən mənimsənilməsini təmin etməsi, qarşılığında öz şəxsiyyətinə simpatiya və güvən formalaşdırması ilə seçilir.

Lider önə aparan katalizator rolunu oynayır və davamçılar tərəfindən qəbul edilir. Dünya bazarında rəqabətin hədsiz kəskinləşdiyi müasir şəraitdə əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə ən xırda imkanlardan belə istifadə olunmalıdır. Bu isə yalnız yüksək effektiv idarəetmə olduğu halda mümkündür. Yüksək effektiv idarəetmənin əsası həm yüksək idarəetmə bilik və vərdişlərinə, həm də yüksək liderlik keyfiyyətlərinə malik olmaqdan keçir. İlham Əliyev öz zəkası və biliyi ilə təsiredən, idarə edən, gözəl örnəklər verə bilən, cəmiyyətə yararlı olanı aydın sezmək yolu ilə vəziyyəti düzgün qiymətləndirən, məsuliyyətlə, ağılla davranan, düzgün yol göstərməyi bacaran bir liderdir və biz xalq olaraq Azərbaycanın növbəti illərdə inkişafının təminatçısı kimi İlham Əliyevə səs verəcəyik.

Afaq Hüseyn

UNEC-in “Karyeranın planlaşdırılması və inkişafı” kafdrasının dosenti

Əvvəlki məqalə

İranda hücum nəticəsində 2 polis ölüb, 4-ü yaralanıb

Sonrakı məqalə

I qrup üzrə əlillik təyinatında 4 dəfə artım qeydə alınıb