Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, İ.Quliyev Kənd təsərrüfatı nazirinin müavinidir.