İmişli Şəkər Zavodunun direktoru işdən azad edilib

27 İyul 2020 - 09:17

“Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin direktoru Mehran Məmmədov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Mustafa Cem Bilgeye həvalə olunub.

Xatırladaq ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Şirkət İmişli Şəkər Zavonunun idarə edilməsi ilə məşğuldur.