Alimlərin son araşdırmalarına görə, insan orqanizmi müəyyən şərtlər altında hüceyrə səviyyəsində özünü yenidən bərpa edə və hətta “proqramlaşdıra” bilər.
Azpost.info -nun məlumatına görə, tədqiqatçılar bildirirlər ki, düzgün qidalanma, idman və stressin azaldılması hüceyrələrin regenerasiya sürətini əhəmiyyətli dərəcədə artırır. Bəzi hallarda bu proses qocalma sürətini də azalda bilər.
Xüsusilə aralıqlı pəhriz (intermittent fasting) və müntəzəm fiziki aktivlik hüceyrə bərpasını stimullaşdıran əsas amillər kimi göstərilir.
Mütəxəssislər qeyd edir ki, bu sahə hələ tam öyrənilməyib, lakin gələcəkdə tibbdə inqilabi dəyişikliklərə səbəb ola bilər.