İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib

İntiqam Soltan oğlu Həsənli Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmri ilə İntiqam Həsənli Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.

Əvvəlki məqalə

“Rusiya “danışıqlar” deməklə sülhə can atmır, bərpa üçün fasilə axtarır”

Sonrakı məqalə

Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb