İqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb

Bu gün 2020-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Paul R. Milgrom və Robert B. Wilsona verilib.

Onlar bu mükafata “Hərrac nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə” nail olublar.

Paul R. Milgrom (Pol Robert Milqrom) 1948-ci ildə ABŞ-ın Detroyt şəhərində anadan olub. Bakalavr təhsilini Miçiqan və Stenford Universitetlərini bitirib, 1992-ci ildən Amerika Elm və İncəsənət Akademiyasının üzvüdür.

Robert B. Wilson (Robert B. Uilson) isə 1937-ci ildə ABŞ-ın Nebraska ştatında anadan olub. 1999-cu ildən Ekonometrik Cəmiyyətinin prezidentidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir