“İrəvana hava hücumundan müdafiə raketləri göndərməyə hazırıq”- Fransa müdafiə naziri

“Fransa Ermənistan Silahlı Qüvvələrinə ehtiyac olarsa, hava hücumundan müdafiə sistemləri üçün raketləri təhvil verməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın geniş planları var.

“Hava hücumundan müdafiə haqqında… Qısa, orta və digər mənzilli raketlər barədə deyəcəyəm. Əgər Ermənistana lazımdırsa, o zaman bu raketlər onlara veriləcək”, – Lekornu bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.