İran məhsullarının Azərbaycana idxalı 43 faiz azalıb –

Dövlət Gömrük Komitəsi
18 İyul 2020 - 09:25

2020-ci ilin yanvar-may aylarında Azərbaycan və İran arasında xarici ticarət əməliyyatları 129,35 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.

Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bu ilin ilk beş ayında Azərbaycan məhsullarının İrana ixracı 13 milyon, bir il əvvəl isə 20.7 milyon dollar olub. Beləliklə, İran illik bazada Azərbaycandan məhsul idxalını 37,2 faiz azaldıb, ölkənin Azərbaycanın ümumi ixracındakı payı isə 0,24 faizdən 0,19 faizədək düşüb.

İran məhsullarının Azərbaycana illik idxalı da 43.4 faiz azalaraq 116.3 milyon dollara qədər azalıb. İranın Azərbaycanın ümumi idxalındakı payı 1,9 faiz azalaraq 2.79 faiz təşkil edib.