İranın Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib. APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 06:23 dəqiqədə 10 km dərinlikdə qeyd alınıb. Dağıntı və tələfat haqda məlumat verilməyib. Xatırladaq ki, fevralın 23-də  Xoy şəhərində baş verən zəlzələdə 109 nəfər yaralanıb.