İranın Atom Elektrik Stansiyasına terror hucumu olub –Tehran rəsmən bəyan etdi, "nüvə terrorizmi"ni pislədi

“İranın Nətənz Nüvə Mərkəzində qəza hücum və “nüvə terrorizmi”nin nəticəsidir”.

Bunu İran Televiziyasına açıqlamasında İran Vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Qeyd edək ki, bu gün səhər İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi  Iranın Nətənz Nüvə Mərkəzində qəza olduğunu, qəza nəticəsində insan tələfatı və çirklənmə baş vermədiyini, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Ə. Ə. Salehi isə deyib ki, İran bu alçaq hərəkəti mühakimə edir: “İran Beynəlxalq Atom Enerjisi Təşkilatını bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sonrakı məqalə

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb