İsa Qəmbər seçkiləri müşahidə etmək üçün Tiflisə gedib

Müsavat başqanı İsa Qəmbər parlament seçkilərini izləmək üçün Gürcüstana gedib.
Azpost.info bildirir ki, bu barədə başqan müavini Arif Hacılı paylaşımında bildirib.
Onun sözlərinə görə  İsa Qəmbər, Gülağa Aslanlı və Razim Əmiraslanlı ilə birlikdə beynəlxalq qurumların dəvəti ilə beynəlxalq müşahidəçi kimi Tbilisidədirlər.
“Bu gün Tbilisi, Rustavi şəhərlərində, Marneuli rayonu ərazsində bir çox seçki məntəqələrində olduq.
Yeni texnolgiyaların tədbiq edildiyi seçki prosesini izlədik. Siyasi qüvvələr arasında çox ciddi rəqabət şəraitində keçən parlament seçkiləri tezliklə başa şatacaq. Ümid edirik ki, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə edəcək və Gürcüstanın gələcək inkişafında mühüm rol oynayacaq”.
Əvvəlki məqalə

Gürcüstanda səsvermədə seçici fəallığı 50 faizi ötüb

Sonrakı məqalə

Bu rayonlara qar yağır –