İsrail səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb

İsrail səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, səfir İsrailin Norveç nümayəndələrinin akkreditasiyasını ləğv etmək qərarı ilə bağlı dəvət edilib.

“Norveçin xarici işlər naziri Espen Bart Eide İsrailin Oslodakı diplomatik missiyasının rəhbərini krallığın Fələstin Muxtariyyətində maraqlarını təmsil edən diplomatlarının akkreditasiyasının ləğvi qərarına etiraz edib”, – məlumatda deyilir.

Bundan əvvəl “Ynet” portalı Norveçin İsraildəki səfirliyində işləyən səkkiz norveçli diplomatın əslində krallığın Fələstin üzrə nümayəndələri rolunu oynadığını yazmışdı. İsrail XİN onların diplomatik statusunun bir həftəyə, vizalarının isə üç aya bitəcəyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.