İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Qəzza zolağında 93 fələstinlinin ölümü ilə nəticələnən Əl-Təbiyin məktəbinə hücumunu hərbi cinayət adlandırıb.
Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Sionist rejimin fələstinli mülki şəxslərə qarşı hücumlarının davam etməsi, qadınların, uşaqların və qocaların kütləvi şəkildə məhv edilməsi, eləcə də bu gün rejimin fələstinli qaçqınlara qarşı iyrənc hücumu bir daha sübut etdi ki, İsrail rejimi heç bir beynəlxalq hüquqa və ya əxlaqi prinsiplərə hörmət etmir”, – Kənani bildirib.
Azpost.info