Kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 362,4 mln. manat təşkil edib ki, onun da 3 631,3 mln. manatı heyvandarlıq, 3 731,1 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2%, bitkiçilik məhsulları üzrə isə 11,3% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir və dekabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsindən 3 253,0 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb

Sonrakı məqalə

Azərbaycan əhalisinin yeni sayı açıqlandı