Kanadanın "49-dan 6" milli lotoreyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib. "Düşən nömrələr - 9, 12, 17, 23, 41 və 44, bonus sayı 3 olub", - deyə təşkilatçılar bildiriblər. Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub. Bundan başqa, lotoreyada 1 milyon Kanada dolları (760 min ABŞ dolları) məbləğində təsəlliverici mükafat oynanılıb. Uduşlu bilet Ontario əyalətində satılıb. "49-dan 6" Kanadada 1982-ci ildən oynanılır və ölkənin ilk milli lotoreyasıdır.